!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı jurnalist Ukraynadan XƏBƏR VERİR: "...Öz qardaşlarına atəş açmaq məcburiyyətində qalacaqlar" - ÖZƏL

!Reklam – Yazi

“Ukrayna hökuməti pul hesabına hərbi hissələrə əsgərlər yığıb, lakin onların hazırlıq səviyyəsi sual altındadır”.

Bu fikirləri Ukraynaya ezam olunmuş azərbaycanlı jurnalist Tehran Orucoğlu ölkədəki son vəziyyətlə bağlı fikirlərini bölüşərkən Yenicag.az-a açıqlamasında səsləndirib.Jurnalist qeyd edib ki, Ukrayna cəmiyyətində müharibə ilə bağlı müxtəlif fikirlər mövcuddur:

“Ukraynaya gəlməkdə əsas məqsədim dünya mediasının yaratdığı müharibə ab-havasını öz gözümlə görməkdir. Öncə Bakıdan Kiyevə gəldim. Kiyevdə bir gün ərzində insanlarla söhbətləşərək nəyin baş verdiyini onların gözü ilə öyrənməyə çalışdım. İnsanlarla danışarkən üç fikrin cəmiyyətdə hakim kəsildiyini gördüm. Bir qrup sakitliyin hökm sürdüyünü düşünür, digər qrup baş verənlərin xarici ölkələrin yaratdığı ajiotaj olduğunu söyləyir, digər qrup isə müharibənin olacağına əminliklərini ifadə edirdilər.

Əvvəllər turistlə dolu olan Kiyev küçələri bu dəfə boş idi. Xarici ölkələrin öz vətəndaşlarına müraciət edərək Ukraynadan çıxmalarını söyləməsi və bu ölkəyə səfər etməmə çağırışını etməsinin bunda böyük təsiri var”.

Tehran Orucoğlunun sözlərinə görə, Mariupol şəhər sakinləri mümkün müharibənin “qardaş qırğını” olacağı fikrindədirlər:

“Kiyevdən sonra qatarla 16 saatlıq məsafə qət edərək Donetskə yaxın Mariupol şəhərinə gəldim. Bu şəhərdən təqribən 8 kilometr məsafədə neytral ərazi və rus əsgərləri var. Mariupol şəhərində azərbaycanlılar çoxdur. Onların dəstəyilə buradakı vəziyyəti öyrənmək şansı əldə etdik. Burada daha çox yaşlı insanlar qalıblar. 2014-2015-ci illərdəki hadisələrdən sonra gənc nəsil buraları tərk edib. Şəhər sakinlərilə söhbət zamanı bildirdilər ki, müharibə istəmirlər, çünki bu olacağı təqdirdə öz qardaşlarına atəş açmaq məcburiyyətində qalacaqlar.

Şəhər keçmiş hadisələrin sarsıntısından çıxmayıb.

Bir məsələ də var ki, Ukrayna hökuməti pul hesabına hərbi hissələrə əsgərlər yığıb, lakin onların hazırlıq səviyyəsi sual altındadır. Onlar başqa bir iş tapdıqlarında ordu sıralarından gedirlər. İnsanların rifah səviyyəsi aşağı düşüb. Qiiymətlər Azərbaycana nisbətən bahadır”.

Aqil Bəkir

COP29

www.yenicag.az

807
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv