!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanlı məşhur idmançını öldürüb – Foto

!Reklam – Yazi

asdada27Rusiyada məşhur idmançı öldürülüb.

İdmançı Yan Klyuşin dostunun toyunda şahid imiş, o, altı dostu ilə bərabər sərxoş halda evə getmək üçün taksi çağırıb. Gecə saat 3-ə yaxın onların dalınca maşın gəlib. Amma sürücü yeddi sərxoş adama maşına əyləşməyə icazə verməyib.

Bəy cibindən travmatik tapança çıxarıb və sürücünü hədələyib. Azərbaycanlı Vəliyev soyadlı sürücü də öz növbəsində qardaşını çağırıb. Sürücünün qardaşı isə Makarov tapançası ilə gəlib.

Əsəbiləşən qardaşlar oğlanlara atəş açıblar.

Güllələrdən biri Yan Klyuşinin boğazına dəyib, aldığı yaradan o, yerindəcə keçinib. Daha beş oğlan əl və ayaq nahiyələrindən yaralanıblar. Yanın dostları Samvel Yegiazaryan, İqor Oparin, Nikolay Oparin xəstəxanadadırlar.

Qeyd edək ki, Yan Klyuşin MMA və Mix Fight döyüşlərində dəfələrlə çempion olub. O, “İmperiya” klubunda məktəblilərin məşqçisi idi.

“Çox istedadlı oğlan idi. Müxtəlif səviyyəli yarışlarda dəfələrlə qalib olub. Onun gözəl gələcəyi var idi. O, qüvvəsinin qiymətini bilirdi və heç bir zaman onu elə belə tətbiq etməzdi.

Davada cavab verə bilərdi, amma görünür ki, birinci ən güclünü və ən təhlükəlini vurublar”, – Yanın “İmperiya” klubundakı həmkarları bildiriblər(oxu).

www.yenicag.az

564
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv