Azərbaycanlı rejissor Şamil Əliyevin filmi 95-ci Oskar Akademiyasının mükafatına namizədlər siyahısına daxil olunub.
Yenicag.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə 2020–ci ildə “Salnamə” kinostudiyasında lentə alınan “Yaradanlar” filminin ideya müəllifi professor Elbay Qasımzadə, ssenari müəllifi Xalq yazıçısı Natiq Rəsulzadə, quruluşçu operatoru Rüfət Süleymanov, rəssamı Lalə Hüseynzadə, bəstəkarı Azər Əsgərov, prodüseri Nazim Hüseynovdur.
95-ci “Oskar” mükafatlarının təqdimetmə mərasimi 2023-cü ilin martın 12-də keçiriləcək.
Ekran işi XX əsrin görkəmli Azərbaycan memarları Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda kommunist–bolşevik ideologiyasının Azərbaycanın mədəni irsinə və düşüncə tərzinə amansız təsirinin öyrənilməsindən bəhs edir.
Qeyd edək ki, rejissorun “Yaradanlar” (“Creators”), “Xalı” (Carpet) və “Qız qalası” (Maiden tower) film layihələri Hindistan, Sinqapur, ABŞ və Niderlandda bir çox festivallarda “Ən yaxşı sənədli film”, “Ən yaxşı bədii film ssenarisi” və “Ən yaxşı rejissor” nominasiyaları üzrə müxtəlif mükafatlara layiq görülüb.
Cəvahir
www.yenicag.az