Azərbaycanlılar Ukraynada vuruşur
Rus kəşfiyyatının qafqazlılardan ibarət hazırladığı xüsusi dəstə Ukraynanın şərqindəki hadisələrdə fəal iştirak edir.
Bu informasiyanı Ukrayna mətbuatı yayıb. Məlumatda Federal Təhlükəsizlik Xidmətinin hazırladığı dəstənin əsasən Donetsk və Luqanskdakı mitinqlərdə aktiv rol oynadığı deyilib:
“Donetsk və Luqanskdakı mitinqlərinin əsas təşkilatçılarında biri FTX-nin agentləridir. FTX-nin xüsusi hazırladığı dəstələr içərisində qafqazlılardan ibarət dəstəni də müşahidə etmək mümkündür. Siz bunlar içərisində ermənilər, gürcülər, çeçenlər, inquşlar, abxazlar, osetinlər, ləzgilər və az da olsa, azərbaycanlıları görə bilərsiniz. Bunların bəziləri Rusiyadakı miqrantlardan, digərləri isə seperat bölgələrdəki şəxslərdən təşkil edilib(axar.az).