“Azercell”dən imtina etdi, baş nazir oldu

media-hightechnic-468x90

830253_10151308188573303_364800243_oMoldova prezidenti Nikolay Timofti baş nazir vəzifəsinə yeni namizəd olaraq Kirill Qaburiçi təyin edib. Parlament bu namizədi də təsdiqləməsə, Moldovada qanunverici orqan buraxılacaq və növbədənkənar seçkilər keçiriləcək.

Lakin Moldova Respublikasının Sosialistlər Partiyasının lideri İqor Dodonun fikrincə, parlament Qaburiçi qəbul etsə belə, 2 aydan sonra hakimiyyət dağılacaq və növbədənkənar seçkilər keçirilməli olacaq. Bununla da sosialistlər Kirill Qaburiçi dəstəkləmədiklərini bildiriblər.

Lakin demokratlar Kirill Qaburiçə səs verəcəklərini qeyd ediblər. Seçkilər zamanı kommunistlərin də Qaburiçi dəstəkləmələri gözlənilir. Belə ki, kommunistlər partiyasının üzvləri prezident Timofti ilə danışıqlar zamanı bildiriblər ki, onlar baş nazirliyə namizədi yalnız o halda dəstəkləyəcəklər ki, namizəd biznes sahəsindən olsun.

Xatırladaq ki, yeni namizəd təyin edilən Kirill Qaburiç 2012-ci ildə “Azercell” mobil operatorunun rəhbəri olub. Lakin o, 2014-cü ildə bu vəzifəni tərk edib və bildirib ki, bir daha “Teliasonera Group” ilə işləmək istəmir. O, həm də Moldovada mobil əlaqə şirkətlərindən birinin direktoru da olub(ans).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600