“Azərenerji”nin yeni prezidenti kollektivə təqdim olundu

media-hightechnic-468x90

Bu gün “Azərenerji” ASC-nin yeni prezidenti Balababa Rzayev kollektivə təqdim olunub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bir qədər əvvəl təqdimat başa çatıb.

Qeyd edək ki, dünən prezident İlham Əliyevin sərəncamı ilə Etibar Pirverdiyev vəzifəsindən azad olunub, Balababa Rzayev isə “Azərenerji” ASC-nin yeni sədri təyin edilib.

Xatırladaq ki, B. Rzayev 2006-2015-ci illərdə “Bakıelektrikşəbəkə” ASC-nin İdarə Heyətinin Sədri vəzifəsində işləyib. 2015-ci ildə isə “Azərişıq” ASC-nin Sədri vəzifəsinə təyin olunub.

O, Azərbaycanda elektroenergetika sahəsinin inkişafında xidmətlərinə görə “Əməkdar mühəndis” fəxri adı ilə təltif edilib. Daha sonra ölkə başçısının sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05