Azərpaşa Nemətovun ANIM GÜNÜDÜR: ”Elə bilirəm sağdır...”

media-hightechnic-468x90

“Elə bilirəm sağdır, yanımızdadır. Bu gün də onun yeri görünür”.

media-banner_tkm

Bu sözləri görkəmli rejissor, mərhum Xalq artisti Azərpaşa Nemətovun anım günündə onu yad edən aktyor Ramin Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

media-14849213193356738002_1200x630

Aktyor Azərpaşa Nemətovu həm şəxsiyyət, həm də böyük sənətkar kimi yüksək dəyərləndirib:

“Azərpaşa Nemətov rəhbər, rejissor və gözəl insan kimi hər zaman yaddaşımızda yaşayır. Yaradıcılığımda onun böyük rolu olub, bunu heç vaxt unutmaram. ‘Ölülər’ tamaşasında onunla birgə işlədik; Kərbəlayı Vəli obrazını mənə həvalə etmişdi.

O, aktyorların fantaziyasını yoxlamağı çox sevirdi. Bunun üçün sənətçiyə şərait yaradır, fürsət verirdi. Bir də görürdün, məşq zamanı qəfildən deyirdi ki, ‘özünüz də nəsə əlavə edin’. Bununla aktyorun improvizə qabiliyyətini, situasiyadan çıxış yolunu yoxlayırdı. ‘Ölülər’də bir-iki improvizə etdim, mizanlarımı çox bəyəndi. Biz onunla dəfələrlə qastrol səfərlərində də olurduq. Bizimlə dost kimi davranır, həmişə qayğımıza qalır, problemlərimizlə maraqlanırdı. Elə bilirəm sağdır, yanımızdadır. Bu gün də onun yeri görünür”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05