AzTU-dan yarım milyonluq TENDER: Şam yeməkləri, qala gecələri və avia biletlər...

media-hightechnic-468x90

Azərbaycan Texniki Universiteti (AzTU) 2026-cı il üçün nəzərdə tutulan irimiqyaslı satınalma müsabiqəsinin detallarını açıqlayıb.

Yenicag.az xəbər verir ki, universitetin elan etdiyi tenderdə konfrans və rəsmi tədbirlərin təşkili üçün ümumilikdə 425 516,85 AZN məbləğində vəsait ayrılıb.

2026/AT/00501/V1 nömrəli müsabiqə çərçivəsində il ərzində keçiriləcək beynəlxalq konfranslar, rəsmi görüşlər, qala gecələri, sosial proqramlar, eləcə də reklam və çap işlərini əhatə edən geniş xidmət paketi satın alınacaq.

Satınalma sənədlərinə əsasən, ayrılan vəsait hesabına aşağıdakı xidmətlərin göstərilməsi nəzərdə tutulur: 2 500 nəfərlik kofe-breyk, 1 500 nəfərlik şam yeməyi, 600 nəfərlik rəsmi nahar, 380 nəfərlik möhtəşəm qala gecəsi.

Tender şərtlərində həmçinin xarici qonaqların qəbulu və logistikası da xüsusi yer alır. Belə ki, xarici nümayəndə heyətləri üçün Türkiyə, Pakistan və Orta Asiya istiqamətlərinə avia biletlərin alınması, 80 nəfər üçün hotel xidmətinin təşkili planlaşdırılır.

Bundan əlavə, tədbirlərin təbliği məqsədilə banner, roll-up, dəvət məktubları, eləcə də bloknot, qələm və eko çantalar kimi poliqrafiya məhsullarının hazırlanması da tenderin tərkib hissəsidir. Yarım milyon manata yaxın büdcəni əhatə edən bu satınalma AzTU-nun 2026-cı il üzrə bütün beynəlxalq və rəsmi nümayəndəlik fəaliyyətlərinin maliyyələşdirilməsini təmin edəcək.

Yenicag.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05