!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AzTV-nin iki ölkədə bürosu bağlanır - Daha iki təmsilçi geri çağırılır

!Reklam – Yazi

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr islahatları davam etdirilir.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, QSC-nin sədr vəzifəsini icra edən Rövşən Məmmədov qurumda keçirilən daxili iclasda bununla bağlı müvafiq qərarlar qəbul edib.

İclasda AzTV-nin Böyük Britaniya və Yaponiya bürosunun bağlanması, Ukrayna və Şərqi Avropa üzrə təmsilçisinin isə geri çağırılaraq işdən azad edilməsi barədə qərar qəbul edilib. Bundan başqa QSC-nin daxili strukturlarında da bir sıra şəxslərin vəzifəsindən azad edilməsi barədə qərar qəbul edilib. Qeyd olunan bürolardakı təmsilçilər təhvil-təslim üçün Bakıya çağırılıblar. Əldə olunan məlumata görə, aparılan bütün kadr islahatlarına səbəb onların fəaliyyətlərində yol verdikləri ciddi nöqsanlardır.

Xatırladaq ki, bu gün yayılan digər məlumata görə AzTV-nin yeni rəhbərliyi digər qərarla qurumun maliyyə rəhbərliyini vəzifədən azad edib, audit yoxlamalara başlanılıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televizayasının sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb.

COP29

www.yenicag.az

2763
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv