Baba öz nəvəsini girov qoydu

media-hightechnic-468x90

82955Çində kişi öz nəvəsini girov qoydu.

Yenicag.az xəbər verir ki, təqaüdçü kişi nəvəsi ilə birlikdə SPA mərkəzinə gəlib. O burada vanna qəbul edib, masaj etdirib, salonun xidmətlərindən yararlanıb. Lakin ödənişə növbə çatanda portmanatını evdə unutduğunu deyib. Kişi adminstratora nəvəsinin salonda qalmasını, özünün isə evdən gedib pul gətirməsini təklif edib.

Lakin bu təklifdən bir ay keçsə də, o geri qayıtmayıb. Nəticədə azyaşlı qız uzun müddətdir ki, SPA salonda yaşayır.
“Təqaüdçü nəvəsini bizə qayıdacağına zəmanət vermək məqsədilə qoyub. Lakin o qayıtmadı. Biz də balaca Siyaoya baxmalı olduq”, deyə salonun 40 yaşlı meneceri deyib.

Uşaq televizoru olan otaqda yerləşdirilib. Onun yeməyi vaxtı-vaxtında verilir. Qıza hovuzdan istifadəyə icazə verilib, onun paltarları da vaxtı-vaxtında dəyişdirilir.

Sosial xidmətlərə uşağın taleyi ilə bağlı müraciət edilsə də hələlik bu heç bir nəticə verməyib. Qızın babasının yeri-yurdu isə hələ də bilinmir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600