Türkiyədə Aydın şəhərində dəhşətli cinayət hadisəsi qeydə alınıb.
Yenicag.az xəbər verir ki, Coşqun Ç. adlı şəxs bacısının sevgilisi Fərhad Çiftçini küçə ortasında öldürüb.
Buna səbəb isə Fərhadın sevgilisindən ayrılması olub. Belə ki, Fərhad qıza evlənəcəklərinə dair söz versə də, buna əməl etməyib.
Nəticədə Coşqun küçə ortasında bacısının sevgilisini tapançadan açdığı atəş nəticəsində qətlə yetirib.
Qatil polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az