Bahar Muradova tələbələri mükafatlandırdı

media-hightechnic-468x90

thumb_bahar_465 Milli Məclis Sədrinin müavini Bahar Muradovanın 2014-cü ildə Azərbaycanın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarında yüksək bal toplamış Füzuli rayonunu təmsil edən gənclərlə görüşü keçirilib.

Qeyd olunub ki, gənclərin əldə etdiyi yüksək göstəricilər böyük nailiyyətdir və onlar bu nəticəni təhsil müddətində də nümayiş etdirməli, öz bilik və bacarıqları ilə ölkəmizin adını ucaltmalıdırlar.

Bahar Muradova xüsusilə işğal altında olan bölgələrimizi təmsil edən gənclərin biliyə olan həvəsi, vətənpərvər ruhda böyüməsi sayəsində belə yüksək nəticələr əldə etməsinin əhəmiyyətini qeyd edib.

Sonra Milli Məclis Sədrinin müavini Bahar Muradovanın adından yüksək bal toplamış 10 nəfər tələbəyə təbrik plaketləri və “Samsung” şirkətinin istehsalı olan noutbuklar hədiyyə olunub. (salamneews.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600