Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

media-hightechnic-468x90

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Belə ki, 7 və 9 mart tarixlərində hər iki istiqamətə səfərlər təşkil ediləcək.

Qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək.

Məlumata görə, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı-Qazax-Bakı marşrutu ilə də səfər etmək olacaq.

Sərnişinlər sözügedən reyslərə biletləri 10% endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərlər.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı-Qazax-Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05