Bakı-Ankara təyyarəsi Tiflisə endi

media-hightechnic-468x90

Azərbaycan Hava Yolları QSC-nin (AZAL) tərkibinə daxil olan “Buta Eyrveys” (Buta Airways) aviaşirkətinin J2-9003 nömrəli Bakı-Ankara reysini yerinə yetirən hava gəmisinin kapitanı Tiflis Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.

Bu barədə Yenicag.az-a AZAL-dan bildirilib.

“Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi olub. Təyyarə yerli vaxtı ilə saat 12:23-də Tbilisi hava limanına uğurla eniş edib. Sərnişinə tibbi yardım göstərildikdən sonra təyyarə Ankaraya yola düşəcək”, – məlumatda deyilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05