“Bakı Kart”ın vəzifəli şəxsi cərimə olundu

media-hightechnic-468x90

Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan “Bakı Kart”ın operatoru – K Group MMC-nin vəzifəli şəxsini cərimə edib.

AMB-dən Yenicag.az-a verilən məlumata görə, buna səbəb “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 7.3-cü maddəsinin tələbinin (Pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması) pozulmasıdır. Odur ki, “K Group”un vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 439-2.2.-ci maddəsinə müvafiq olaraq 2 000 manat cərimə olunub.

Xatırladaq ki, “K Group” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600