Bakı küçələrində qaçan camış HƏYƏCANI: Maşınları əzdi, həyətlərə hücum etdi - VİDEO

media-hightechnic-468x90

Bu gün Bakının Xətai rayonu ərazisində qəribə hadisə yaşanıb.

Yenicag.az-ın xəbərinə görə, səhər saat 4 radələrində sahibinin əlindən qaçmış camış ürkərək həyətlərə daxil olub, vətəndaşlara xeyli ziyan vurub.

Xətai rayonu, Mirzə Davud küçəsində qaçan camışı bir neçə saat şəhər küçələrində qovduqdan sonra tutmaq mümkün olub. Buna qədər o bir neçə avtomobilin güzgüsünü, həyətlərin qapılarını qırıb, həyətlərdə qoyulmuş əşyaları əzib.

Məlumata görə, həmin camış kəsilib satılmaq məqsədilə ət alverçiləri tərəfindən şəhərə gətirilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa