!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı MDB şəhərlərinin yay səyahəti reytinqində liderdir

!Reklam – Yazi

Bakı, Minsk və Almatı MDB ölkələrinin şəhərləri arasında yay səyahəti üzrə liderlik edirlər.

Yenicag.az xəbər verir ki, bu, “TurStat” analitik agentliyinin reytinqdə öz əksini tapıb.

Şəhərlərin reytinqi 2018-ci ilin yayında populyat turist səfərlərinin təhlilinin yekunu üzrə tərtib olunub.

Agentliyin məlumatına əsasən, turistlər MDB şəhərlərində orta hesabla iki gün qalaraq, sonra Bakıda Xəzər dənizi sahilindəki kurortlarda, Belarusda Naroç gölündə, Almatıda Çimbulaq dağ kurortunda, Qırğızıstanda İssık-Kul gölündə istirahət edirlər.

Rusiyalı turistlər MDB-nin kurort ölkələri və şəhərlərində qalmaq və qidalanmağa sutkada 50-100 dollar xərcləyirlər.

Turistlər MDB-də ucuz yay turları kimi Kişinyov və Bişkeki, həftəsonu turları və şopinq turları üçün isə Bakı və Astananı seçirlər.

1. Bakı (Azərbaycan)
2. Мinsk (Belarus)
3. Almatı (Qazaxıstan)
4. Yerevan (Ermənistan)
5. Astana (Qazaxıstan)
6. Bişkek (Qırğızıstan)
7. Daşkənd (Özbəkistan)
8. Kişinyov (Moldova)
9. Düşənbə (Tacikistan)
10. Aşqabad (Türkmənistan)

www.yenicag.az

1280
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv