!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı Metropolitenində dəyişiklik

!Reklam – Yazi

İnterval pik saatlarda 2,5, qalan vaxtlarda əsasən, 3 dəqiqə olacaq.

Yay mövsümünün başlanması Bakı Metropolitenində qatarların hərəkət qrafikində dəyişiklik edilməsi zərurətini yaradır. Çünki tədris mövsümünün başa çatması, həmçinin paytaxt sakinlərinin yay istirahətini şəhərdən kənarda keçirtmələri metropolitendə sərnişin axınının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur.

«Bakı Metropoliteni» QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən, iyul ayının 10-dan metropolitendə qatarların hərəkətində yay qrafikinin tətbiqinə başlanır. Qrafikə uyğun olaraq, tərtib edilən cədvələ görə, bir saat ərzində hərəkət yükü nəzərə alınaraq, xətlərdə qatarlararası intervallarda dəyişikliklər edilib.

Pik saatlarda «Həzi Aslanov» stansiyasından «28 May» stansiyasına qədər və əks istiqamətdə interval 2,5 dəqiqə olacaq. Qalan vaxtlarda bu istiqamətdə 3 dəqiqəlik intervalla hesablanmış hərəkət təşkil ediləcək.
Məlumdur ki, metropolitendə iki xətt olsa da, qatarlar yolun əsas hissəsini bir xətt üzrə qət edir. Buna görə də «28 May» stansiyasından sonra hərəkət zamanı həm «İçərişəhər», həm də «Dərnəgül» stansiyaları istiqamətində interval iki dəfə artır. Buna uyğun olaraq, həmin sahələrdə qatarlar pik saatlarda 5, digər vaxtlarda isə 6 dəqiqə uzaqlıqda olmaqla hərəkət edir.

Qeyd edək ki, gur hərəkət səhər saat 8:00-dan 10:00-a, axşam isə 18:00-dan 20:30-a qədərdir. Yalnız gecə saatlarına yaxın və qeyri-iş günləri hərəkət fərqli intervalla təşkil edilir.

Yay qrafiki yeni tədris mövsümünə qədər qüvvədə olacaq.

Yenicag.az

COP29

www.yenicag.az

1350
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv