Bakı Metropolitenində kütləvi ixtisarlar başlayır?

media-hightechnic-468x90

86667Bakı Metropolitenində kütləvi ixtisarların olması ilə bağlı məlumat yayılıb.

Qurumun Tikinti Departamentində işçilər öz hesablarına 6 aylıq məzuniyyətə göndərilib.

Məsələ ilə bağlı açıqlama verən Bakı Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, təmsil etdiyi qurumda ixtisar aparılmır: “Ancaq tikinti departamentində öz hesabına məzuniyyətə gedənlər ola bilər. Bu da tikinti sahəsi üçün normal haldır. İşlərin müəyyən hissəsi başa çatanda və ya hər-hansı bir sahənin işi azalanda belə halların olması mümkündür. Təbii ki, onlar işə qayıdacaqlar. Hətta onlardan bəziləri başqa sahələrdə işlə təmin edilirlər. Məzuniyyətə göndərilənlərin saylarını isə dəqiq bilmirəm”(qafqazinfo.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600