Dövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Xidməti gücləndirilmiş iş rejimində çalışır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, xüsusi briqadalar ayrılaraq “Bakı Metropoliteni”nin stansiyalarının qarşısında yerləşdirilib.
“Bu saata kimi “103” xidmətinə 17 müraciət daxil olub. Əksəriyyətinə yerində lazımi tibbi yardım göstərilib. 5 nəfər profilaktik məqsədlə xəstəxanalara yerləşdirilib. Onların həyati təhlükəsi yoxdur”, – Nazirliyin məlumatında deyilir.
www.yenicag.az