Bakı metrosunda yeni strategiya – FOTO
Bakı Metropoliteni”nin stansiyalarında quraşdırılan sosial mesaj lövhələri, şirkətlərin reklam bannerləri ilə əvəz olunur.
Yenicag.az musavat-a istinadən xəbər verir ki, metronun ən çox insan kütləsi olan “Elmlər Akademiyası”, “28 May”, “Gənclik” stansiyalarının divarlarından artıq bir neçə şirkət və bankların reklam lövhələri asılıb.
Qeyd edək ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində sonuncu sədr dəyişikliyindən sonra stansiyalarda olan reklam bannerləri, monitorları yığışdırılmışdı. Bu ilin mart ayından etibarən isə, metro stansiyalarında siqaretin zərərləri barəsində yazılan lövhələr, cəmiyyətin kitaba marağının artmasına yönəlik sosial reklamlar yerləşdirilmişdi.