Bakı-Quba yolunda baş vermiş yol-nəqliyyat hadisəsində yaralanan sərnişinlərdən ikisi dünyasını dəyişib.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Savalanova Günay Şakir qızı və Oksana adlı qadın ölüb.
Tibb müəssisəsindən xəsarət alan bir kişinin vəziyyətinin ağır olduğu bildirilib.
***
22:05
Bu gün axşam saatlarında Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə Siyəzənin Zarat kəndi ərazisində qeydə alınıb.
“KamAZ” markalı yük maşını ilə “Vaz 21010” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.