Bakı-Quba yolunda ölümlə nəticələnən dəhşətli qəzada yaralananların SON VƏZİYYƏTİ

media-hightechnic-468x90

Bakı-Quba yolunda iki yük avtomobilinin toqquşması nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, martın 4-də saat 12:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhərinin çıxışında – Bakı-Quba yolunda baş verən qəza ilə bağlı çağırış daxil olub.

“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. İki nəfər (kişi) müştərək travma diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunublar.

Ağır vəziyyətdə hospitalizasiya olunan 1977-ci il təvəllüdlü şəxsin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, bioloji ölüm faktı qeydə alınıb.

Hazırda 1991-ci il təvəllüdlü şəxsin müalicəsi davam etdirilir, vəziyyəti stabildir”, – deyə məlumatda qeyd olunur.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05