Bakı-Sumqayıt qatarı Türkiyə vətəndaşını vurub

media-hightechnic-468x90

qatar_31dd409a43a1437Dekabrın 2-də Bakı-Sumqayıt sürət qatarının hərəkətində ləngimələr qeydə alınıb. Bakıdan saat 19 radələrində hərəkət edən qatar bir neçə dəqiqə yol getdikdən sonra dayanıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Modern.az saytına ləngimənin səbəblərini açıqlayıb.

O qeyd edib ki, ötən gün saat 19:00-da yola düşən Bakı-Sumqayıt qatarı Keşlə-Biləcəri məntəqəsində dəmiryolu xətti üzərinə çıxan sərxoş kişini vurub: “Məlum olub ki, həmin şəxs Türkiyə vətəndaşı, 31 yaşlı Yılmaz Harum Məhmətdir. Onun qatar reysinin kənarında spirtli içki qəbul etdiyi müəyyən edilib. Çünki ətrafda çox sayda içki şüşəsi də aşkarlanıb. Saatda 100 kilometr sürətlə hərəkət edən qatarın zərbəsindən şəxs uzaq məsafəyə atılıb”.

Xəsarət alan Türkiyə vətəndaşı hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasındadır. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600