Bakı-Sumqayıt yolunda qəza - FOTOLAR

media-hightechnic-468x90

Səhər saatlarında Bakı-Sumqayıt yolunda qəza baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzalının qarşısında qeydə alınıb. Qəzaya səbəb isə iki maşın arasında ara məsafəsinin düzgün saxlanılmaması olub.

Belə ki, Sumqayıtdan şəhər istiqamətinə hərəkət edən “Mercedes S class” markalı avtomobil qarşıdakı “VAZ-2106” markalı avtomobil ilə ara məsafəsi saxlamayıb. Öndə olan maşının qəfil əyləcə basması isə qəzaya səbəb olub.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar. Qəza səbəbindən Bakı-Sumqayıt yolunda tıxac yaranıb. /Trend/

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600