!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı-Sumqayıt yolunun genişləndirilməsinə başlanıldı

!Reklam – Yazi

Bakı-Quba yolunun bir hissəsi olan Bakı-Sumqayıt yolunun genişləndirilməsinə başlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

A.Nəcəfli bildirib ki, sözügedən yolda tamamilə maneəsiz hərəkətin təşkil edilməsi üçün tədbirlər görüləcək:

“Belə ki, “20 Yanvar” körpüsündə hərəkətdə olan nəqliyyat vasitələri Moskva prospekti boyunca tunelə daxil olaraq heç bir maneə olmadan birbaşa Xırdalan tunelindən keçməklə Sumqayıt istiqamətinə hərəkət edə biləcəklər.

Bununla yanaşı, Biləcəri, Xırdalan və Binəqədi istiqamətindən gələn nəqliyyat vasitələri əlavə zolaqlar vasitəsilə yeni tikilən tunelə daxil olacaqlar. Yəni yol hər iki istiqamətə doğru genişləndiriləcək.

Sumqayıtdan Bakı istiqamətinə olan yolun iki zolaq genişləndirilməsi ilə əlaqədar ərazidə olan “Ekologiya postu” köçürüləcək. Həmçinin, yol genişləndirilərkən Bakı Beynəlxalq Avtovağzal Kompleksi və Atıcılıq Mərkəzinin yaxınlığından Xarici Dairəvi yolun altından keçməklə paytaxtın Şərifzadə küçəsinə çıxan yeni tunel tipli yol tikiləcək. Həmin tunel vasitəsilə nəqliyyat vasitələri Alatava istiqamətindən “20 yanvar” dairəsinə və Şərifzadə küçəsi ilə şəhərin digər istiqamətinə hərəkət edəcəklər”.

O bildirib ki, yeni layihəyə əsasən, həmçinin, Xırdalan dairəsinin altından keçən tunelin də genişləndirilməsi gözlənilir:

“Həmin tuneldə hər iki istiqamətə yol zolaqları ikidən dördə çatdırılacaq. Burada tıxacı azaltmaq üçün yeni tunellər tikiləcək, yol genişləndiriləcək. Zolaqlar dəmir maneələrlə ayrılacaq və sürücülər gedəcəyi istiqaməti əvvəlcədən seçməli olacaqlar”.

COP29

www.yenicag.az

1528
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv