Bakı-Tbilisi sərnişin qatarı təyinat məntəqəsinə çatıb - YENİLƏNİB

media-hightechnic-468x90

Ötən gün saat 23:10-da Bakıdan Tbilisiyə yola düşən sərnişin qatarı saat 09:04-də təyinat məntəqəsinə çatıb.

media-banner_tkm

Yenicag.az APA-nın yerli bürosunun xəbərinə istinadla bildirir ki , Tbilisi Dəmir Yolu Vağzalında qatarın qarşılanma mərasimi olub.

Tədbirdə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Tamar İoseliani, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze və digər rəsmi şəxslər iştirak ediblər.

Bununla da altı illik fasilədən sonra Bakı-Tbilisi qatarı ilk səfərini həyata keçirib.

Qeyd edək ki, Tbilisidən qatar bu gün saat 21:00-da yola düşəcək və sabah saat 06:24-də Bakıya çatacaq.

***

Bakı-Tbilisi sərnişin qatarı yola salınıb.

Yenicag.az xəbər verir ki, qatar saat 08:41-də Tbilisiyə çatacaq.

Tbilisidən isə qatar saat 21:00-da yola düşərək ertəsi gün saat 06:24-də Bakıya çatacaq.

Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaq veriləcək.

Gürcüstan ərazisində isə qatarlar Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq edəcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05