Bakı üçüncü dəfə dünya çempionatına ev sahibliyi edəcək

media-hightechnic-468x90

2027-ci ildə bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçiriləcək.

Yenicag.az-a Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, bu barədə qərar mayın 14-ü və 15-də Türkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq Gimnastika Federasiyasının Şurasının iclasında səsvermə yolu ilə qəbul edilib.

Yarışı təşkil etmək üçün Azərbaycanla yanaşı, İsrail də namizədliyini irəli sürmüşdü.
Bu, ölkəmizin bədii gimnastika üzrə təşkil edəcəyi 3-cü dünya çempionatı olacaq. Paytaxtımız 2005 və 2019-cu illərdə də bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edib.

Qeyd edək ki, 2027-ci il bədi gimnastika üzrə dünya çempionatı 15-17 sentyabr tarixlərində keçiriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600