Bakı və İrəvan arasında... – Kremldən açıqlama

media-hightechnic-468x90

Azərbaycan və Ermənistan arasında normallaşma üçün əlavə səylər göstərilməlidir.

Yenicag.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov 23 apreldə Azərbaycan DSX-nin Laçın yolunun girişində, Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsi qurması barədə deyib.

“Əlaqələri davam etdiririk. Situasiya, həqiqətən, sadə deyil, o, əlavə səylər, ən əsası sazişlərin həyata keçirilməsinə alternativin olmadığını başa düşməyi tələb edir”, – o bildirib.

Peskov vurğulayıb ki, Rusiya öz vasitəçilik səylərini davam etdirir, əsasən də üçtərəfli sənədlərlə nəzərdə tutulan öhdəliklərini icra edir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05