Bakı və Sumqayıtda avtomobillər yandı
Ölkə ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb.
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində “FİAT” markalı minik avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı elektrik dirəyi yanğından mühafizə olunub.
Bakının Xəzər rayonunda vətəndaşa məxsus “ZАZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Daha bir yanğın Şəki şəhərində qeydə alınıb. Vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin mühərrikdə elektrik naqilləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Ölkə.Az