Bakıda açıq sahədə yanğın - YENİLƏNDİ

media-hightechnic-468x90

Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində açıq sahədə başlayan yanğın söndürülüb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva məlumat verib.

Onun sözlərinə görə, ərazidə yanğın olması ilə bağlı daxil olan məlumat əsasında Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin əməkdaşları sözügedən ünvana yollanıb:

“Yanğın qeydə alınan ərazinin yaxınlığında neft buruqları olub. Əməkdaşlarımız tərəfindən yanğın tam söndürülüb və yanğının yaxınlıqdakı neft buruqlarına keçməsinin qarşısı alınıb”.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində açıq sahədə yanğın olması barədə məlumat daxil olub.

Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600