Bakıda ağaclar kökündən kəsilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirdi ki, 2011-ci ildən etibarən qurumun Dövlət Ekspertiza İdarəsi Bakı şəhəri daxilində, park və xiyabanlarda yaşı ötmüş, hündürlüyü 10-12 metrdən yuxarı olan, həmçinin gövdəsi əyilmiş, çürümüş, qəzalı durumda olan qovaq cinsli ağacların təhlükəsiz səviyyədə, 5-6 mert hündürlükdən budanmasına icazə verib.
ETSN-in əməkdaşları Xətai rayonundakı əraziyə baş çəkib və iki kəsilmiş ağac və bir budanmış ağac aşkar ediblər. Həmin ağaclar təhlükəli, küləkli havada aşma ehtimalı olduğundan nazirliyin ekpertiza idarəsinin rəyi əsasında kəsilib.
Bakıda iri gövdəli ağaclar məhv edilib. Xətai rayonu, Sarayevo küçəsi 20b ünvanında 4-5 ağac dibindən kəsilib. Həmin ünvanda yaşayan sakinlərin verdiyi məlumata görə, ağacları yaşıllaşdırma idarəsinin əməkdaşları kəsib.
Narazı qonşulara isə müxtəlif sənədlər göstərərək bu addımlarına haqq qazandırıblar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mövqeyini öyrənməyə çalışırıq. (milli.az)