Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Bakıda aşan sərnişin avtobusunun sürücüsü qaçıb

Xəbər verdiyimiz kimi, bu gün Bakıda, Zığ şosesində 175 nömrəli marşrut üzrə hərəkət edən sərnişin avtobusu qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, qəza nəticəsində azı 14 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım maşınları ilə 3 saylı şəhər Xəstəxanasına yerləşdiriliblər.

Hadisəyə səbəb kimi avtobusun yüksək sürətlə idarə edilməsi göstərilir. Avtobusun sürücüsü isə aradan çıxıb. O, qəza baş verəndən sonra taksiyə əyləşərək, hadisə yerindən uzaqlaşıb. Bu barədə Yenicag.az-ın hazırda 3 saylı şəhər Xəstəxanasında olan əməkdaşına yaralıların yaxınları məlumat verib.

Faktla bağlı araşdırma aparılır.

Emin Səfərov

www.yenicag.az

1659
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM