Bakıda avtobus qəzası – Yaralılar var

media-hightechnic-468x90

qaa

Bakının Nizami rayonunda, “Neftçilər” metrostansiyasının yaxınlığında ağır avtoqəza baş verib.

Yenicag.az Musavat.com-a istinadən xəbər verir ki, 60 saylı sərnişin avtobusu yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib və yaxınlıqdakı körpüyə çırpılıb.

Nəticədə sürücü və 6 nəfər sərnişin yaralanıb. Sürücünün vəziyyətini ağır olduğu deyilir. Hadisə yerinə FHN və DYP əməkdaşları cəlb olunublar. Yaralılar Təcili Tibbi Yardım maşınları ilə xəstəxanaya aparılıb.

Qəzanın baş vermə səbəbi avtobusun əyləc sisteminin sıradan çıxması olub. Sürücü nə qədər çalışsa da, avtobusu dayandıra bilməyib və qəza qaçılmaz olub.

Təcili Tibbi Yardımdan isə bildirilib ki, xəstələrin vəziyyəti ağırdır. Onların kimlikləri barədə isə hələ ki, məlumat verilməyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600