Bakıda avtobus zolağına girən “Ferrari” SAXLANILDI
Paytaxt küçələrində avtobus zolağı ilə hərəkət edərək qaydaları kobud şəkildə pozan lüks avtomobilin sürücüsü məsuliyyətə cəlb olunub.
Yenicag.az xəbər verir ki, sosial şəbəkələrdə geniş yayılan “Ferrari” markalı avtomobilin görüntüləri polis əməkdaşları tərəfindən dərhal araşdırılıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (DYPİ) İctimai əlaqələr bölməsindən verilən məlumata görə, həmin nəqliyyat vasitəsi saxlanılaraq müvəqqəti duracağa yerləşdirilib.
Araşdırmalar zamanı məlum olub ki, yayılan görüntülər ötən il çəkilib. Buna baxmayaraq, sürücü barəsində qanunvericiliyə uyğun olaraq müvafiq məsuliyyət tədbirləri görülüb.













