Bakıda baş verən partlayışda pilot öldü
Bakıda dörd gün əvvəl evində baş verən partlayış nəticəsində yaralanan keçmiş pilot dünyasını dəyişib.
Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, məlum hadisə oktyabrın 5-də Sabunçu rayonunun Pirşağı qəsəbəsində qeydə alınıb. Vaqif Hacıyevin evinin yardımçı otağında su qızdırıcısında qaz sızmasından yanğına keçən ani partlayış baş verib.
Yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən V.Hacıyev bu gün orada dünyasını dəyişib.
Qeyd edək ki, V.Hacıyev əvvəllər pilot olub.