Bakıda çoxmərtəbəli bina söküləcək

media-hightechnic-468x90

Bakı şəhəri, Xətai rayonunda Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli bina söküləcək.

Xətai Rayon İcra Hakimiyyətindən Yenicag.az-a verilən məlumata görə, bina Zəfər abidəsi kompleksi ilə bağlı görüləcək işlər çərçivəsində, dövlət sifarişi əsasında sökülür.

“Köçürülmə ilə bağlı komissiya yaradılıb, kompensasiyanın məbləği müəyyənləşdirilib”, – məlumatda bildirilib.

İcra hakimiyyətindən qeyd ediblər ki, bina ərazinin ümumi görünüşünə də xələl gətirir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa