Bakıda DƏHŞƏT: 16 yaşlı qız ana oldu - YENİLƏNDİ

media-hightechnic-468x90

Bakı şəhəri Xəzər rayon sakini olan yetkinlik yaşına çatmayan qızın uşaq dünyaya gətirməsi ilə bağlı kütləvi informasiya vasitələrində yayılmış məlumat Ombudsman tərəfindən araşdırılır.

Bu barədə Yenicag.az-a Ombudsman Aparatından məlumat verilib.

Qeyd olunub ki, məsələ ilə bağlı Ombudsman Aparatının əməkdaşları tərəfindən Sabunçu Tibb Mərkəzi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi, həmçinin qızın ailə üzvü ilə əlaqə saxlanılıb. Aparılmış ilkin araşdırmaya əsasən, ananın və uşağın vəziyyətinin qənaətbəxş olduğu məlum olub.

Hazırda faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır və məsələ Ombudsmanın nəzarətindədir.

***

14:20

Xəzər rayonunun Qala qəsəbəsi sakini, 2006-cı il təvəllüdlü S.M. 3 nömrəli Şəhər Klinik Xəstəxanasında dünyaya uşaq gətirib.

Yenicag.az xəbər verir ki, 3 nömrəli Şəhər Klinik Xəstəxanadan bildirilib ki, 2006-cı il təvəllüdlü S.M. və uşağın vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600