Bakıda DƏHŞƏTLİ QƏTL - Federasiyanın sürücüsü küçədə döyülərək öldürüldü - FOTO

media-hightechnic-468x90

Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Aşıq Molla Cümə küçəsində törədilib.

45 yaşlı Məmmədov Səxavət Səfər oğlu Azərbaycan Avtomobil Federasiyasına məxsus “Mercedes” markalı yük avtomobili ilə hərəkətdə olan zaman 90-FZ-409 dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü onun qarşısını kəsib. “Chevrolet”in sürücüsü və sərnişini S.Məmmədovu döyüb. O, aldığı zərbələrdən hadisə yerində dünyasını dəyişib. Hadisəni törədənlər öz avtomobillərini küçədə qoyaraq ərazidən uzaqlaşıblar.

Əraziyə Nərimanov Rayon Prokurorluğu və Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib./APA/

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600