Bakıda gecə saatlarında qətl hadisəsi baş verib.
Yenicag.az Sputnik-ə istinadən xəbər verir ki, Nizami rayonunda bir neçə naməlum şəxs 29 yaşlı Rauf Qəribovu döyüb,onu ürəyindən bıçaqlayıblar.
Yaralı təcili olaraq “AzərSuTikinti” xəstəxanasına gətirlisə də, gəncin həyatını xilas etmək mümkün olmayıb.
Faktla əlaqədar Nizami rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1 ( qəsdən adam öldürmə) maddəsiylə cinayət işi başlanıb. 24-cü Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşlarından yaradılmış əməliyyat-istintaq qrupu hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıb.
www.yenicag.az