Bakıda dəhşətli yol qəzası baş verib

media-hightechnic-468x90

загруженное (6)Bakıda bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

“112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakının Qaradağ rayonu ərazisində, Bakı-Qazax magistral avtomobil yolunun 25-ci kilometrliyində vətəndaşlara məxsus “VAZ” markalı minik avtomobili və “Hyundai” markalı mikroavtobus toqquşub. Nəticədə hər iki avtomobil deformasiyaya uğrayıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VAZ” markalı avtomobilin sərnişini Teymur Abdullayev aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə T.Abdullayevin cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600