Bakıda güclü külək əsəcək

media-hightechnic-468x90

Bakıda və Abşeron yarımadasında bu gün cənub-qərb küləyinin 15-20 m/s, gündüz saatlarında arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Yenicag.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Qeyd olunub ki, güclü külək axşam mülayimləşəcək.

media-ziraat-728x90

Bakıda güclü külək əsəcək

media-hightechnic-468x90

download (1)Avqustun 13-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova  açıqlamasında bildirib ki, gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 24-27, gündüz 30-35 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz təşkil edəcək.

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna çimərliklərində 25-26, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində 26-27 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-25, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600