Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakıda iki gəncin nəfəskəsən hərəkətləri -Video

38266Bakıda iki gənc etdiyi təhlükəli hərəkətləri ilə sosial şəbəkədə gündəmə gəliblər.

Yenicag.az oxu.az-a istinadən xəbər verir ki, iki gənc oğlan heç bir təhlükəsizlik tədbir görmədən, Yeni Yasamalda hündürlüyü təxminən 230-250 metr olan qülləyə dırmaşıblar, eyni zamanda onlar özlərini lentə alıblar.

Görüntülərə baxan sosial şəbəkə istifadəçiləri onların etdiyi hərəkətləri müsbət qarşılayıblar,

Onların özlərini belə bir təhlükəyə atmalarının səbəbi isə çox sadədir. Belə ki, gənclər hündürlüyə dırmaşmaqla məşğuldurlar, özlərini isə “roofer” adlandırırlar.

Qeyd edək ki, “roofing” ekstrim idman növü kimi bütün dünyada məşhur olub. Hazırda Bakıda gənclər bu idman növünü inkişaf etdirmək məqsədi ilə müxtəlif tədbirlər keçirirlər.

www.yenicag.az

154