Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilir.
“Report”un xəbərinə görə, mərasimdə 4-cü Ümümdünya Forumunun Təşkilat Komitəsinin katibi, Azərbaycan Mədəniyyət və Tuzim Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, YUNESKO, BMT Sivilizasiyalar Alyansının, Ümümdünya Ticarət Təşkilatının, Avropa Şurası, İSESKO-nun yüksək səviyyəli rəsmiləri çıxış ediblər.
Onlar forumun əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, forum çərçivəsində beynəlxalq təşkilatların rəhbərlərinin ilk dəfə birgə yüksək səviyyəli görüşü, 40-dək sessiya və tədbir keçirilib. Forumda 800-dən çox xarici nümayəndə iştirak edib. Buraya yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament sədrləri, tanınmış alimlər, səfirlər, ictimai xadimlər daxildir. Artıq qlobal mədəniyyətlərarası dialoq platformasına çevrilən Forumda ilk dəfədir ki, 25-dən çox beynəlxalq təşkilat rəhbər səviyyəsində təmsil olunub. Tədbir çərçivəsində həm Azərbaycan tərəfinin, həm də tərəfdaş qurumların təklifləri ilə bir sıra yeni beynəlxalq təşəbbüslərin əsasının qoyulması nəzərdə tutulur. Azərbaycan tərəfinin təklifi ilə Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü keçirilib.
Qeyd edək ki, foruma 120-dən çox ölkənin nümayəndə heyəti qatılıb.
Yeniçağ.Az
www.yenicag.az