Bakıda keçmiş nazir adam vurdu, maşın üstündən keçdi  

media-hightechnic-468x90

Bakı şəhəri, Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, piyada Uğur Vəliyev naməlum avtomobilin sürücüsü tərəfindən vurulub və o, hadisə yerində ölüb.

Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində piyadanın əvvəlcə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun idarə etdiyi “Mercedes” markalı avtomobilin yan güzgüsü ilə vurulduğu, daha sonra piyadanın üstündən Rasim Əskərovun idarə etdiyi “Ford” markalı yük maşınının keçdiyi məlum olub.

Polis faktla bağlı araşdırma aparır.

Məsələ ilə bağlı T.Zülfüqarovdan münasibət öyrənmək mümkün olmayıb.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600