!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda kurs ofisinə basqın edildi: Azərbaycan bayrağı təhqir olundu, müəllimlər otağı mundarlandı - ANBAAN VİDEO

!Reklam – Yazi

Binəqədi qəsəbəsi, II Mədən ünvanında yerləşən “Sabah” kurslarının ofisinə basqın edilib.

Kursdan Yenicag.az-a verilən məlumata görə, hadisə martın 17-də baş verib.

Belə ki, kursun Binəqədidə yerləşən ofisinə girən 3 nəfər ətrafı dağıdıb, əşyalara zərər verib. Onlar müəllimlər otağını mundarlayıb, daha sonra isə Azərbaycan bayrağına qarşı hörmətsizlik ediblər.

Əldə etdiyimiz videodan basqınçıların ofisə soyğun məqsədilə deyil, sadəcə zərər vermək üçün girdikləri bəlli olur.

Kursdan Yenicag.az-a bildirilib ki, hadisə ilə bağlı polisə müraciət olunub, hadisə yerinə baxış keçirilib, barmaq izləri götürülüb. Ancaq məlum şəxslərin yaxalanması təmin edilməyib.

 

www.yenicag.az

2999
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv