Bakıda kütləvi dava - 19 yaşlı oğlan bıçaqlandı

media-hightechnic-468x90

Bakıda kütləvi dava baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Kütləvi dava rayonun Dərnəgül qəsəbəsi, Ağasadıq Gəraybəyli küçəsində naməlum şəxslər arasında olub.

Dava nəticəsində Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Səfərli Ülvi Mahir oğlu bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb, hadisə iştirakçılarının müəyyən edilərək saxlanılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir./Trend/

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600