Bakıda kütləvi dava baş verdi - Xəsarət alanlar var

media-hightechnic-468x90

Bakıda restoranda iki nəfərin ciddi xəsarət alması ilə nəticələnən dava baş verib.

Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Ziya Bünyadov prospektində yerləşən “Ədalət” restoranında qeydə alınıb.

Belə ki, paytaxtın Nərimanov rayonu, Təbriz küçəsinin sakinləri, 1996-cı il təvəllüdlü Qasımov Fərid Nürəddin oğlu və Əliyev Vaqif Əlibala oğlu naməlum şəxslər tərəfindən döyülüb.

Hər iki şəxs dərhal təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Q. Fəridə üzün yumuşaq toxumalarının əzilməsi, Ə. Vaqifə isə baş nahiyəsinin əziyi diaqnozu qoyulub.

Yaralılar aidiyyatı üzrə həkim nəzarətinə götürülüblər. Faktla bağlı araşdırma aparılır

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600