!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda marketə basqın: İki nəfər bıçaqlandı

!Reklam – Yazi

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, rayonun Zabrat qəsəbəsində yerləşən “Araz” marketə oğru girib.

Bu zaman naməlum şəxs market işçiləri ilə mübahisə zəmnində marketin əməkdaşları – 1986-cı il təvəllüdlü Şıxıyev Vüsal Akif oğlu və 1992-ci il təvəllüdlü İsgəndərov Məhəmməd Ələsgər oğlunu bıçaqlayaraq qaçıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. V.Şıxıyevə döş qəfəsinin, M.İsgəndərova isə sol qabırğaların kəsilmş yarası diaqnozu qoyulub. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxslərin axtarışları istiqamətində cinayət-axtarış tədbirləri aparır.

www.yenicag.az

3802
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv