Bakıda “McDonalds”-da biabırçılıq – Foto

media-hightechnic-468x90

1408512568rol4Bakı sakini yemək yemək üçün məşhur fast-fud restoranı olan “McDonalds”-a getməyinə peşman olub. Belə ki, gecə vaxtı restorana gələn sakin aldığı “roll”un kifləndiyini fərq edib. Qidanın şəkillərini çəkərək ünvanlayan şikayətçi məsələnin araşdırılmasını istəyib.

Məsələyə “McDonalds”-ın Bakı filialı aydınlıq gətirib. Restoranın əməkdaşı olan Anar Osmanov açıqlamasında bu məqamla bağlı heç bir şikayət daxil olmadığını bildirdi. ““McDonalds” bütün malları, istər ölkədaxili hazır olan, istərsə də xaricdən gələn malları yoxlanıaraq müştərilərə təqdim edilir.

Bir neçə saat bundan öncə şəxsən özüm bütün heyətlə anbarlar və restoranlarda gigiyenik cəhətdən yoxlanış keçirtdik. Həmin “roll”arda belə kif deyilən bir şey aşkarlanmadı.

Biz həmişə çalışıb öz müştərilərimizə ən yaxşı məhsullarımızı təqdim etmişik. Əgər bu cür problemlə rastlaşsaydılar, dərhal bizə xəbər verərdirlər”, – Anar Osmanov deyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600